"Real" və "Barselona" cəzalanacaq?

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Superliqa qurucularından olan "Real" və "Barselona"nın buna görə cəzalandırılmayacağını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, çempionatın rəhbəri bu klubların La Liqanın əsas gücü olduğunu xatırladıb:

"La Liqanın gücünün "Real" və "Barselona"ya söykəndiyini bildirmək istəyirəm. Məncə, onları cəzalandırmaq lazım deyil. Bunun təkrarlanmamsı üçün xüsusi tədbirlər gösrməliyik. Bu, cəzadan yaxşıdır".
 
Xatırladaq ki, aprelin 19-da "Real" və "Barselona" da daxil olmaqla Avropanın 12 klubu Superliqa yaratdıqlarını elan etmişdi. Lakin artıq bu iki klubdan başqa hamısı layihdən geri çəkildiklərini açıqlayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right