"Neymar və Mbappenin ayrılmaq üçün səbəbi yoxdur"

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya ilə cavab görüşündən (0:1) sonra fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, ilk oyunda 3:2 hesabı ilə qələbə qazanan paytaxt təmsilçisi iki matçın cəmində yarımfinala adlayıb. Prezident isə bu nailiyyətləri haqqında deyib:

“Məqsədimiz mümkün qədər irəli getmək, finala çıxmaq və turnirdə qalib gəlməkdir. Bu gün hər şey əla idi. 3-4 qol vura bilərdik, amma yenə də sonda yarımfinala çıxdıq. Komandamıza inanıram, böyüyüb, təcrübə qazanırıq. “Barselona”nı və “Bavariya”nı məğlub etdik. Bu, çox şey deməkdir. Çempionlar Liqasını qazanmaq üçün buradayıq".

Klub rəhbəri Neymar və Mbappenin komandadan ayrılmayacağını da bildirib: "Komandamla fəxr edirəm. Poçettino və  Leonardo əla bir iş gördülər. Futbolçular əllərindən gələni etdilər. Çempionlar Liqasını və bütün kubokları qazanmaq üçün kluba çox pul yatırdıq. Neymar və Mbappenin ayrılmaq üçün heç bir səbəbləri yoxdur. Bütün turnirlərdə qalib gəlmək üçün həqiqətən hər şeyimiz var”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right