"O, bizim qızıl oğlanımızdır!"

PSJ-nin hücumçusu Neymar komanda yoldaşı Kilian Mbappe haqqında danışıb.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu Paris təmsilçisinə uyğunlaşmasına ona kömək edən fransalı oyunçuya təşəkkür edib: “Kilian mənə "fransız olmaq" kimi çox şey öyrətdi. Mənə fransız zehniyyətini izah etdi. Ölkəyə uyğunlaşmağım və buna görə PSJ-də olmağım üçün ona çox borcluyam.

Hər şeydən əvvəl Mbappenin sahib olduğu insani keyfiyyətləri mənə toxundu. Kilian hər zaman xoşbəxt, nəzakətli və hamı ilə mehribandır. Çox gözəl bir insandır. Bu səbəbdən ilk tanış olduğumuz andan etibarən yaxşı münasibət qururuq. Sonra təbii ki, onun məşq etməsini, sürətini, inanılmaz driblinqini, zəkasını və inkişafını izləmək imkanım oldu. Sonra öz-özümə dedim: "O, bizim qızıl oğlanımızdır!".

Əlbəttə, sürət heç bir məna daşımır. Düzgün istifadə etmək üçün ağıllı olmalısan, bunu Kilian edir. O, yalnız çox ağıllı və sürətli deyil, həm də nəhəng bir driblinq arsenalına sahibdir".

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right