"Barselona"nın prezidenti postuna namizəddən 2 ulduz transfer vədi

"Barselona"nın prezidenti olmağa namizədlərdən biri - Toni Freyşa açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, prezident seçiləcəyi halda, heyətin gücləndiriləcəyini bildirib. Freyşa məşhur 2 futbolçunu komandaya gətirəcəyini söyləyib. O, "Qızıl top" arzusunda olan 2 futbolçudan bəhs etdiyini bildirsə də, oyunçuların adlarını açıqlamayıb.

Funksioner müdafiə və hücum xəttinin gücləndirməyin vacibliyini də dilə gətirib. O, prezident seçiləcəyi təqdirdə, 250 milyon avro transfer büdcəsi ayıracağını vurğulayıb.

"Barselona"da prezident seçkisi martın 7-də reallaşacaq. Prezident postuna 3 nəfər namizəddir: Joan Laporta, Viktor Font və Toni Freyşa.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right