"Liverpul" yeni futbolçu alacaq? Klopp danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp qış transfer pəncərəsindəki planlarından danışıb.

Newsport.az “Sky Sport”a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis bunları deyib: 

“Əlbəttə ki, qərarlar verən mən deyiləm. Həmişə də belə olub Bu, kimisə təəccübləndirirsə, onun fikrini dəyişdirə bilmərəm.

Mövcud vəziyyəti hər gün müzakirə edirik. Bir şeyi inkişaf etdirə bilərik, ya yox və s. danışırıq. Tövsiyələr edirəm, amma mən pul xərcləyə bilmirəm . Mən belə qərarlar vermirəm. Bunu heç vaxt etməmişəm".

Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqanın turnir cədvəlində 34 xalla 4-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right