Premyer Liqa klubundan “Zalsburq”a

Avstriyanın “Zalsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Newsport.az xəbər verir ki, sözügedən klub İngiltərə Premyer Liqasında mübarizə aparan “Brayton”un müdafiəçisi Bernardonu heyətinə qatıb.
 
Bu barədə “Zalsburq”un rəsmi saytı məlumat yayıb. Avstriya təmsilçisi 25 yaşlı braziliyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.
 
Qeyd edək ki, “Zalsburq” Bernardo üçün tanış klubdur. Belə ki, o, 2016-cı ildə bu komandanın heyətində 16 oyuna çıxıb, 1 qol vurub.
 
2018-ci ildən “Brayton”un uğurları üçün çalışan Bernardo, İngiltərədən öncə Almaniyada “Leyptsiq”in formasını geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right