"Fənərbaxça" evdə uduzdu, "Trabzonspor"dan heç-heçə

Türkiyə Super Liqasında XII tur 5 oyunla davam edib.

Newsport.az-ın məlumatına görə, “Fatih Karagümrük” üzərində inamlı qələbə qazanan “Hatayspor” turnir cədvəlində onu qabaqlayıb.

Abdullah Avcının gəlişindən sonra məğlubiyyət görməyən “Trabzonspor” Kayseridən qolsuz bərabərliklə dönüb.

Günün sürpriz nəticəsi İstanbulda qeydə alınıb. “Yeni Malatyaspor”u qəbul edən liderlər qrupundakı “Fənərbaxça” doğma arenasında ardıcıl 3-cü məğlubiyyətini alıb. “Sarı-lacivərdlilər” darmadağına üzülüblər.

12 dekabr

“Hatayspor” – “Fatih Karagümrük” – 3:1
Qollar:
 Selim Ilqaz, 11, Bupendza, 75, 83 – Cimmi Durmaz, 65

“Kayserispor” – “Trabzonspor” – 0:0

“Rizəspor” – “Göztəpə” – 3:2
Qollar:
 Boldrin, 45+3-pen, Mixalak, 57, Skoda, 90+1 – Yalçın Kayan, 66, Napoleoni, 81

“Ankaragücü” – “Konyaspor” – 4:3
Qollar
: Lobjanidze, 16, Borven, 48, Paintsil, 78, Əmrə Güral, 89-pen – Uğur Dəmirok, 29 (pen.), Miloşeviç, 38, Skubiç, 69

“Fənərbaxça” – “Yeni Malatyaspor” – 0:3
Qollar
: Adəm Büyük, 9-pen, Umut Bulut, 22, Ndayişimiye, 48

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right