“Tottenhem”də stabillik çatışmır” - Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo sabiq klubu “Real”la London təmsilçisini müqayisə edib.

Newsport.az-ın məlumatına görə, 57 yaşlı mütəxəssis Premyer Liqa klubunda  sabitliyin çatışmadığını deyib:

“Real”ın hücum xəttində heyrətamiz oyunçular var idi. Komandanı müəyyən şəkildə formalaşdırmağı bacardıq. Düzü, indi “Tottenhem”də yaxşı hücum oyunçularımız çoxdur. Amma stabillik çatışmır. Çünki müdafiədə də yaxşı oynamalıyıq. Bu tarazlığı tapmaq lazımdır”.

Qeyd edək ki, J.Mourinyo 2010-2013-cü illərdə Madrid təmsilçisinə baş məşqçilik edib. Portuqaliyalı çalışdırıcı ötən ildən İngiltərə klubunda işləyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right