C Liqasının 10-cusu Azərbaycan millisi

UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turu geridə qalıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması Kiprə qarşı neytral meydanda keçirdiyi görüşdə qolsuz heç-heçəyə razılaşıb. 4 matçda eyni sayda xal toplayan Canni De Byazinin komandası qrupda 3-cüdü.

Bəs əgər turnir üçün ümumi bir cədvəli olsaydı milli hansı sırada qərarlaşardı?

Azərbaycan yığması ilə yanaşı daha 3 komanda 4 xal toplayıb. Bunlar Rumıniya, Qazaxıstan və Lixtenşteyndi. Rumıniya əlavə göstəricilərə görə yığmamızdan geridə olsa da, digər iki kollektiv daha üstündü. Ümumilikdə 55 yığmadan 33-ü 5 xal və daha çox yığıb. Bu isə o deməkdi ki, Azərbaycan millisi ümumi sıralamada 34-37-cı yerləri bölüşdürür.

Yığmanın yer aldığı C Liqasına gəlincə, komanda burda 16 komanda arasında 10-cudu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right