Transferə ən çox pul xərcləyənlər

“Böyük beşlik” liqalarında mövcud heyətini formalaşdırmaq üçün transferlərə ən çox pul xərcləyən klublar məlum olub.

Newsport.az-ın məlumatına görə, CIES-in araşdırmasına əsasən, hazırkı komandanı toplamaq üçün ən çox ödənuş edən “Mançester Siti”di. “Şəhərlilər”in transferlərə yatırdığı ümumi məbləğ 1 milyard 36 milyon avrodu. Bu, ötən ilki göstərici ilə müqayisədə 22 milyon avro artım deməkdi.

“Mançester Siti”nin əzəli rəqibi “Mançester Yunayted”də heyəti formalaşdırmaq üçün xərclənən məbləğ 2019-cu ilin sentyabrına nisbətən 93 milyon avro çoxalıb. 751 milyon avrodan 844 milyon avroya yüksəlməklə “qırmızı şeytanlar” xərclərə görə PSJ (888 milyon avro: - 25 milyon avro) və Madrid “Real”ını (708 milyon avro: - 194 milyon avro) geridə qoyub. Ən böyük artım isə “Çelsi”dədi. London klubunun mövcud heyəti 761 milyon avroya formalaşdırılıb ki, bu da ötən illəmüqayisədə 198 milyon avro çoxdu.

PSJ və “Real”dan başqa ilk “10-luq”da yalnız 2 ingilis olmayan klub yer alıb: “Barselona” (4-cü – 826 milyon avro) və “Yuventus” (8-ci: 594 milyon avro).

Bu statistika transfer xərclərinə görə İngiltərə Premyer Liqasının aşkar üstünlüyünü göstərir. Bu turnirdəki heç bir komanda mövcud heyətini formalaşdırmaq üçün transfer məbləği kimi 100 milyon avrodan az xərcləməyib. Maraqlıdı ki, Çempionlar Liqasının son qalibi “Bavariya” yalnız 15-ci sıradadı – 408 milyon avro.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right