Vaqner məşqçiliyə başladı

Almaniya millisinin və "Bavariya"nın sabiq hücumçusu Sandro Vaqner məşqçiliyə başlayıb.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı sabiq oyunçu 16 yaşadək futbolçular ibarət Almaniya millisində məşqçi təyin olunub. O, hücumçularla  işləyən məşqçi kimi çalışır.

Qeyd edək ki, S.Vaqner bu yay futbolçu karyerasını başa vurub. O, karyerası ərzində "Bavariya", "Duysburq", "Darmştadt" "Verder", "Herta", "Hoffenhaym" da oynayıb. Sandronun son klubu Çinin "Tianjin Teda" klubu olub.  Vaqner Almaniya millisi ilə 2017-ci ildə Konfederasiyalar kubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right