Canni De Byazi sabiq komandasının Millətlər Liqasındakı şanslarından danışdı

"İtalyalı məşqçilər məktəbi ən yaxşılardandır. Amma bu, nəyisə dəyişmək üçün yetərli deyil".

Newsport.az-ın məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Sports.kz" saytına müsahibəsində deyib.

2001 - 2017-ci illərdə Albaniya yığmasına rəhbərlik edən 63 yaşlı mütəxəssis komandanın Millətlər Liqasındakə şanslarından danışıb. O, bildirib ki, uğur qazanmaq üçün xəyallara inanmaq lazımdır:
 
"Əvvəlcə xəyal etmək, onlara inanamq lazımdır. Daha sonra onların gerçəkləşməsi üçün çalışmalısan. Albaniya çox güclü komandadır. Düşünürəm ki, qrupda, yarımfinalda və finalda qalib gələ bilərlər".

Qeyd edək ki, Albaniya millisi Canni De Byazinin rəhbərliyi altında tarixində ilk dəfə 2016-cı ildə Avropa çempionatına vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right