Messi Argentinaya qələbə qazandırdı

Argentina yığması "DÇ-2022"nin seçmə mərhələsinin birinci turunda Ekvador komandasını qəbul edib.

Newsport.az-ın məlumatına görə, Buenos-Ayresdə keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 13-cü dəqiqədə penalti zərbəsi ilə kapitan Lionel Messi vurub.

Argentina yığması növbəti matçda səfərdə Boliviya ilə qarşılaşacaq. Ekvador isə Uruqvay yığmasını qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right