Eriksen "İnter"ə lazım deyil

"İnter"in yarımmüdafiəçisi Kristian Eriksen komandanı tərk edə bilər. Newsport.az xəbər verir ki, rəhbərlik danimarkalı futbolçunu satmağa hazırdır.

Məlumata görə, Eriksen üçün hər hansı bir təklif yoxdur. “İnter” yarımmüdafiəçini icarəyə də verməyə razıdır. Oyunçu baş məşqçi Antonio Kontenin planlarına daxil deyil.

Xatırladaq ki, Eriksen yanvarda 27 milyon avro qarşılığında “Tottenhem”dən Milan klubuna transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right