"Roma" Miliki transfer etdi

"Roma" "Napoli"nin hücumçusu Arkadiuş Milikin transferini tamamlayıb.

 

Newsport.az "Sky Italia"ya istinadla xəbər verir ki, "canavarlar" 26 yaşlı hücumçunun keçidi üçün 20+8 milyon avro təzminat ödəməyi qəbul edib. Miliklə 5 illik razılıq əldə edilib.

 

Polşalı hücumçu ötən mövsüm keçirdiyi 34 oyunda 14 qol vurub. "Napoli" Miliki 2016-cı ildə "Ayaks"dan 32 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right