"İnter" serbiyalı futbolçu ilə müqavilə bağlayır

Serbiyalı müdafiəçi Aleksandar Kolarov karyerasını İtaliyada davam etdirəcək. Newsport.az xəbər verir ki, oyunçu “İnter”lə razılığa gəlib.

Məlumata görə, təcrübəli futbolçu artıq klubun bazasındadır. O, tibbi müayinədən keçdikdən sonra “İnter”lə müqavilə imzalayacaq.

34 yaşlı müdafiəçinin A Seriyası təmsilçisi ilə 1 illik sözləşmə bağlayacağı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right