"Leyptsiq" Sörlot üçün hərəkətə keçdi

Timo Verneri 55 milyon avroya "Çelsi"yə satan "Leyptsiq" hücumçu axtarışlarını davam etdirir.

 

Newsport.az "Bild"ə istinadla xəbər verir ki, Almaniya klubu "Trabzonspor"un hücumçusu Aleksandr Sörlotu rənglərinə bağlama istəyir. Bundesliqa təmsilçisi 24 yaşlı hücumçu üçün Türkiyə klubuna 19+3 milyon avro təklif göndərib.

 

"Bordo-mavilər" "öküzlər"in bundan öncə etdiyi 17+3 milyon avroluq təklifi qəbul etməmişdi. 

 

Norveçli futbolçu ötən mövsüm 22 qolla Türkiyə Super Liqasının bombardiri olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah