Norveç millisinin üzvü "Qalatasaray"da

Sağ cinah müdafiəçisi Mariano ilə yolunu ayıran "Qalatasaray" braziliyalı futbolçunun əvəzləyicisini tapıb.

 

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Olimpiakos"la müqaviləsi başa çatan Omar Əlabddellauini rənglərinə bağlayıb. Norveç millisinin üzvünün "sarı-qırmızılar"dan təklif aldığını və "sarı-qırmızılar"a keçəcəyini açıqlayıb:

 

"Olimpiakos"dan ayrılmaq çətin qərar idi. Məni komandada saxlamağa çalışdılar. Ancaq "Qalatasaray"dan rədd edə bilməyəcəyim təklif aldım. Buna görə də Türkiyəyə getməyə qərar verdim".

 

28 yaşlı cinah müdafiəçisi 2014-cü ildən Afina klubunda çıxış edirdi. O, ötən mövsüm keçirdiyi 47 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right