Nurlan 89 dəqiqə oynadı, komandası 3 xal qazandı

Estoniya çemponatında 14-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Legion” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə meydana buraxılıb.

“Narva Trans” 10 komandalı çempionatda 14 turdan sonra 13 xalla 8-ci pillədə qərarlaşıb.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right