Kavani üçün sürpriz namizəd

PSJ-nin hücumçusu Edinson Kavani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.Newsport.az xəbər verir ki, oyunçu ilə “Lids Yunayted” klubu maraqlanır.

16 il sonra Premyer Liqaya qayıdan komanda hücum xəttini gücləndirmək niyyətindədir. Klubun prezidenti Kavanin axtardıqları forvard ola biləcəyini açıqlayıb.

Uruqvaylı hücumçu mövsüm sonu Paris təmsilçisindən ayrılacaq. O, PSJ ilə müqavilə yeniləməkdən imtina edib. 33 yaşlı oyunçunun daha öncə “Roma” ilə anlaşdığı iddia edilirdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right