Premyer Liqadan kənarlaşdırıldılar

Ukraynanın “Karpatı” klubu Premyer Liqadan kənarlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. “Karpatı” heç bir səbəb göstərmədən son iki Premyer Liqa matçına çıxmadığı üçün liqadan kənarlaşdırılıb.

Ukrayna mətbuatı klubun bununla bağlı şikayət etmədiyini yazıb. Komanda məşqlərini davam etdirir və gələn mövsüm birinci divizionda oynamağı planlaşdırırlar.

Qeyd edək ki, “Karpatı” Premyer Liqada sonuncu sırada idi. Klubun maliyyə problemləri var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right