"Barselona" prezidentindən Messi açıqlaması

"Barselona"nın prezidenti Xosep Bartomeu kapitan Lionel Messinin komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib. 

Newsport.az-ın məlumatına görə, klub rəhbəri "goal.com"a açıqlamasında bu barədə argentinalı oyunçu ilə danışdığını açıqlayıb:

"Onunla söhbət etdik. Təfərrüatlara girməyəcəyəm, ancaq Lionel bir neçə dəfə karyerasını “Barselona”da bitirəcəyini söylədi. Klubun inkişafına yönəlmişik, bir çox oyunçu ilə danışıq aparırıq. Messi davam etmək istəyir və sona qədər burada qalmağı planlaşdırır. Qarşıda illər çoxdur və biz ondan çoxlarının gözlədiklərindən daha uzun müddət zövq alacağıq”.

Qeyd edək ki, İspaniya mətbuatının yazdığına görə, Messi Bartomeu ilə münaqişədədir və özünün yox, klub rəhbərinin "Barselona"nı tərk etməsini istəyir.

Messi bu mövsüm La Liqada 29 matçda 22 qol vurub, 20 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2021-ci ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right