“Hamı hakimlikdən danışır, biz heç nə etmirik?"

“Real”ın baş məşqçisi Zinəddin Zidan “Real Sosyedad”la oyundan sonra (2:1) fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Zidan layiqli qələbə qazandıqlarını vurğulayıb.

O, hakimliklə bağlı məsələnin qabardılmasından isə narazılıq edib: “Hamının hakimlikdən danışması məni məyus edir. Belə çıxır ki, biz meydanda heç bir iş görmürük? Amma biz bu cür danışanlara da nəzarət edə bilmərik.

Sadəcə, onu deməliyəm ki, biz meydanda qalib gəlirik. Bu gün də bunu etdik, layiqli qələbə qazandıq. Bu qələbə bizim üçün 9 xala bərabər idi. Amma hələ nə çətini irəlidədir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right