“Real”ın qalan bütün oyunlarda qələbə qazanacağına inanmıram” – Setyen

İspaniya La Liqasının 30-cu turu çərçivəsində “Sevilya” ilə 0:0 hesablı heç-heçəyə razılaşan “Barselona”nın baş məşqçisi Kike Setyen oyundan sonra açıqlama verib.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, oyunla və çempionluq şansları ilə bağlı bunları deyib:

“İlk hissədə yaxşı oynadıq. Komanda özünə çox güvənir. “Real”ın qalan bütün oyunlarda qələbə qazanacağına inanmıram. Nikbin olmalıyıq. Hər oyunda qələbə qazana bilməyəcəyimizi əvvəldən bilirdik”.

“Barselona” 30 turdan sonra 65 xal toplayıb və 29 oyun keçirən “Real”ı 3 xal qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right