Klublarımızın avrokuboklara başlayacağı tarix bilindi

Çempionlar Liqası və Avropa Liqasında 2020-2021 mövsümünün başlama tarixi məlum olub.

Newsport.az xəbər verir ki, Avropa Liqasında təsnifat mərhələsi 18-19 avqustda start götürəcək.

Çempionlar Liqasında isə yeni mövsüm 25-26 avqustda başlayacaq.

Təsnifat mərhələlərinin bütün görüşləri bir oyundan ibarət olacaq. Ev sahibi komandalar cütlərin tərkibi müəyyənləşdikdən sonra püşk yolu ilə müəyyənləşəcəklər. Təsnifat mərhələsində cavab matçları olmayacaq.

Hər iki turnirlə bağlı qərar bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclasında rəsmiləşəcək.

Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqasında, 2-ci və 3-cü yerlərin sahibləri, həmçinin ölkə kubokunun qalibi Avropa Liqasında mübarizə aparacaq.

AFFA İcraiyyə Komitəsi koronavirus pandemiyasına görə dayandırılan çempionatla bağlı yekun qərarını iyunun 18-də açıqlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right