"Borussiya" "Real"ın oyunçusunu buraxmaq istəmir

“Borussiya” "Real"ın müdafiəçisi Əşrəf Hakiminin icarə müddətini uzatmağı planlaşdırır. Newsport.az “Bild”ə istinadən xəbər verir ki, Dortmund klubu mərakeşli futbolçunu buraxmaq istəmir.

Məlumata görə, “sarı-qaralar” “Real”la danışıqlara başlayacaq. Rəhrbərlik Hakimin daha bir il komandada saxlamaq niyyətindədir. Müqavilə ilə Madrid təmsilçisinə məxsus olan 21 yaşlı futbolçu mövsüm sonu İspaniyaya qayıtmalıdır.

Qeyd edək ki, Hakimi, 2019/20 mövsümündə "Borussiya"da 41 matç keçirib və 9 qol vurub.   





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right