İsrafilov oynadı və uduzdu

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, milliləşən legionerimiz Sequndanın XXXII turunda iştirak edib.

O, şərəfini qoruduğu “Albasete”nin “Almeriya” ilə ev görüşünə start heyətində başlayıb. 90 dəqiqə əvəzlənmədən meydanda olan Eddi heç nə ilə fərqlənməyib.

Onun komandası 0:1 hesabı ilə uduzub. 32 oyunda 35 xal toplayan “Albasete” 22 komanda arasında 20-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right