"Qarabağ"ın keçmiş futbolçusu "Koritiba"nın hədəfində

"Kayserispor"un futbolçusu Pedri Enrike karyerasını Braziliyanın "Koritiba" klubunda davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, A Seriya təmsilçisi 30 yaşlı vingeri icarə əsasında heyətinə cəlb etmək istəyir. Kuritiba təmsilçisinin braziliyalı futbolçu üçün təklif göndərəcəyi gözlənilir.

Pedronun Türkiyə klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Enrike bu mövsüm Super Liqa təmsilçisində 22 oyun keçirib və 8 qol vurub.

Pedro 2017/2018 mövsümündə PAOK-dan "Qarabağ"a icarə əsasında keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right