Messidən növbəti rekord

"Barselona"nın futbolçusu Lionel Messi La Liqada növbəti rekorda imza atıb.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu 28-ci tur matçında "Malyorka"nı məyus edib. O, komandasının 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Beləliklə, Messi İspaniya çempionatının 12 mövsümündə ardıcıl azı 20 qol vurmağı bacarmış ilk futbolçu ünvanına yiyələnib.

33 yaşlı forvard cari mövsümdə "Barselona"da 25 qol vurub və 18 məhsuldar ötürmə edib. O, komandada ümumilikdə 718 matç keçirib və 627 dəfə fərqlənib, habelə 265 ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right