Baqali Dabo Kipr klubu ilə anlaşdı

"Neftçi"nin hücumçusu Baqali Dabo yeni mövsümdən karyerasını Kiprdə davam etdirəcək.

 

Newsport.az-ın məlumatına görə, fransalı hücumçu "Apollon"la şifahi razılığa gəlib. Rəsmi sözləşmə növbəti günlərdə imzalanacaq.

 

31 yaşlı hücumçu 2018-ci ildə "Qəbələ"dən "Neftçi"yə keçmişdi. Dabo bu mövsüm Premyer Liqada 15 oyunda 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right