Kike Setyen Martines barəsində danışdı

"Barselona”nın baş məşqçisi Kike Setyen komandanın transfer siyasətindən danışıb.  Newsport.az xəbər verir ki, o, "İnter"in hücumçusu Lautaro Martinesin alınma ehtimalını dəyərləndirib:

"Transferlər haqqında danışsaq da, məlum pandemiya bir çox şeyə təsir edəcək. Klublar çətin vəziyyətə düşəcəklər. Lautaroya gəlincə, mən bu barədə dəqiq heç nə deyə bilmirəm. Böyük oyunçuları sevirəm, ancaq onlarla çalışmağın xəyallarını qurmuram”.

Qeyd edək ki, “İnter” argentinalı hücumçu üçün Kataloniya klubundan 111 milyon avro tələb edir.               

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right