"Barselona"da 6 istefa

"Barselona" rəhbərliyində istefalar reallaşıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İdarə Heyətinin 6 üzvü vəzifəsindən ayrılıb.

Bunlar vitse-prezidentər Emili Ruso, Enrike Tomas, direktorlar Silvio Elias, Mariya Teyşidor, Jozef Pont və İdarə Heyətinin katibi Jordi Klasamilyadır. Onların koronavirus pandemiyası zamanı klubu idarə edə bilməmələrinə görə istefa verdikləri bildirilir.

Qeyd edək ki, "Barselona"da koronavirus pandemiyasının yaratdığı böhrana görə, futbolçuların maaşlarının 70 faizi kəsilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right