UEFA çempionatları bu tarixdə bitirməyi düşünür

UEFA milli çempionatların taleyi ilə bağlı müzakirələri davam etdirir. Newsport.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Bildirilir ki, UEFA çempionatları avqustda bitirməyi planlaşdırır. Bunun üçün artıq işçi qrupu yaradılıb. Onlar davamlı federasiyalarla əlaqədədir. Ancaq liqaların avqustda başa çatması növbəti mövsümün başlama tarixini yubada bilər. Qrum rəhbərliyi buna görə gələn mövsümün qısaldılmasını nəzərdən keçirir.

Avrokubok görüşləri də bu il yekunlaşmalıdır. UEFA prezidenti Aleksander Çeferin ötə gün verdiyi açıqlamada qarşılaşmaların azarkeşsiz davam edə biləcəyini bildirdi. Ancaq qrum rəhbəri final matçlarının tamaşaçı ilə oynanmasından yana olduğunu da qeyd etdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah