"Messi dopinq otağında məyus şəkildə oturmuşdu"

“Liverpul”un müdafiəçisi Joel Matip İngiltərə mətbuatına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, o, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Barselona” üzərində qazanılan qələbəni (4-0) xatırlayıb:

"Oyundan sonra azarkeşlərlə məşhur mahnımızı oxuduq. Bu, karyeramdakı ən gözəl anlardan biri idi. Heç bir şey haqqında düşünmürdük. Azarkeşlərlə əylənirdik. Daha sonra dopinq testindən keçmək üçün otağa gəldim.

Orada məyus halda duran bir nəfər var idi – Lionel Messi. Bir-birimizi meydanda tanıyırdıq. Ancaq bu səfər fərqli idi. Sanki hər gün görüşüb, qəhvə içirmiş kimi olduq. Hamı çöldə qələbəni bayram edirdi. Mən isə balaca otaqda Messi ilə oturmuşdum”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right