PSJ "Borussiya"nı, "Liverpul" "Atletiko"nu qəbul edir Yenilənir

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir. Newsport.az xəbər verir ki, bu gün daha iki komanda ¼ finala vəsiqə qazanacaq.

Gecənin maraqla gözlənən qarşılaşması İngiltərədə keçiriləcək. Turnirin son çempionu "Liverpul" doğma meydanda "Atletiko" ilə üz-üzə gələcək. İlk oyunda Madrid klubuna minimal hesabla məğlub olan (0:1) “qırmızılar” cavab matçında sərfəli nəticə qazanmağa çalışacaq.

Digər görüşdə isə  PSJ "Borussiya"nı qəbul edəcək. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Paris təmsilçisi növbəti mərhələyə yüksəlməyin yollarını axtaracaq.

11 mart (çərşənbə)

00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

İlk oyun – 1:2

Baş hakim: Entoni Taylor (İngiltərə)

Paris. “Park de Prens”

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)

İlk oyun – 0:1

Baş hakim: Danni Makkeli (Niderland)

Liverpul. “Enfild Roud”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right