Dünya futbolunun diqqəti Madriddə

Bu gün La Liqada 26-cı turun oyunları davam etdiriləcək.

Newsport.az-ın məlumatına görə, mərkəzi matç Madriddə keçiriləcək. “El-Klassiko”da “Real” “Barselona”nı qəbul edəcək. Bakı vaxtı ilə 00.00-da başlanacaq görüşü Mateu Laos idarə edəcək.

Qeyd edək ki, bu oyunu əhəmiyyəti təkcə iki əzəli rəqibin qarşılaşması deyil. Oyun həm də turnir cədvəlində qonşu olan liderlərin görüşüdür. 

“Barselona” 25 oyundan 55 xalla birinci, “Real” 53 xalla ikici yeri tutur. Liderliyini qorumaq baxımından kataloniyalılara hec-heçə də sərf edir, madridlilər isə birinci yerə yüksəlmək üçün mütləq qələbə qazanmalıdır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right