"Barselona" "Palmeyras"dan transfer etdiyi Mateus Fernandesi icarəyə verib.
Newsport.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi La Liqanın digər təmsilçisi "Real Valyadolid"ə keçib. 21 yaşlı futbolçu Madrid klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
"Barselona" Fernandesi "Palmeyras"dan 7+3 milyon avroya transfer edib.