Əmrə Mor Yunanıstan klubunda RƏSMİ

"Qalatasaray"ın futbolçusu Əmrə Mor Yunanıstanın "Olimpiakos" klubuna keçib..

 

Newsport.az-ın məlumatına görə, Afina təmsilçisi 22 yaşlı vingeri müqavilə ilə məxsus olduğu "Selta"dan icarəyə götürüb.

 

"Olimpiakos" bu keçid üçün təzminat ödəməyib. Paytaxt təmsilçisi 6 milyon avro ödəyib, türk oyunçunun transfer hüququna sahib ola bilər.

 

Türkiyə millisinin üzvü "sarı-qırmızılar"da keçirdiyi 17 oyunda qol və assistlə yadda qalmayıb.

 

"Qalatasaray" Əmrə Moru 2019-cu ilin yayında "Selta"dan 600 min avro qarşlığında 1 illik icarəyə götürmüşdü. "Selta" isə 22 yaşlı vingeri 2017-ci ildə "Borussiya"dan 13 milyon avroya transfer etmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right