PSV "Milan"ın futbolçusu ilə müqavilə imzaladı

"Milan" müdafiəçisi Rikardo Rodriqesi PSV klubuna icarəyə verib.

 

Newsport.az xəbər verir ki, İsveçrə millisinin üzvü mövsümün sonuna qədər Niderland klubunda çıxış edəcək. Bu keçid üçün Milan təmsilçisinə 1 milyon avro təzminat ödənilib.

 

PSV daha 5 milyon avro ödəyib, isveçrəli futbolçunu bitdəfəlik transfer etmək məcburiyyətindədir. Çünki müqavilənin şərtlərində bu bənd yer alıb.

 

27 yaşlı futbolçu bu mövsüm İtaliya A Seriyasında 4 oyun keçirib. "Milan" Rodriqesi 2017-ci ildə "Volfsburq"dan 17 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right