"Aston Villa" axtardığı hücumçunu Belçikada tapdı

"Aston Villa" yayda 25 milyon avroya transfer etdiyi Vesleyin zədələnməsindən sonra yeni hücumçu alıb.

 

Newsport.az xəbər verir ki, Birmingem təmsilçisi Belçikanın "Genk" klubunun hücumçusu Mbana Samattanın transferində razılığa gəlib. Bu keçid Premyer Liqa klubuna 10 milyon avroya başa gəlib. Komandanın baş məşqçisi Din Smit Tanzaniya yığmasının futbolçusunu "Genk"dən transfer etdiklərini təsdiq edib.

 

Samatta 2016-cı ildən "Genk"də çıxış edirdi. O, bu mövsüm 28 oyunda 10 qol vurub, 2 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right