Nikola Yurçeviçin vida sözləri

Azərbaycan millisinin baş məşqçi postundan gedən Nikola Yurçeviç sosial şəbəkə hesabında vida sözləri yazıb.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis hər kəsə təşəkkür edib:

"AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisini çalışdırdım. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə - futbolçulara, köməkçilərə, azarkeşlərə, AFFA-ya təşəkkür edirəm. İndi yeni fürsətlər üçün səbirsizlənirəm".

Azərbaycan millisi 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə AÇ-2020-nin seçmə mərhələsində 8 oyuna 1 xal yığıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right