İbrahimoviç "Milan"la anlaşdı

"Los-Anceles Qalaksi"nin sabiq hücumçusu Zlatan İbrahimoviç yaxın günlərdə İtaliyaya köçəcək. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçli forvard yenidən "Milan"ın formasını geyinməyə hazırlaşır.

A seriyasının XVII turunda "Atalanta"ya böyükhesablı məğlubiyyətdən (0:5) sonra "rossonyerlər" bir neçə oyunçu ilə danışıqları intensivləşdirib ki, onlardan biri də Zlatandı. ABŞ klubundan ayrılan və azad agent olan veteran forvardla hərtərəfli anlaşma da əldə edilib. Onun yeni ilin ilk günlərində rəsmi sözləşməyə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Zlatan İbrahimoviç geridə qalan mövsüm MLS liqasında iştirak etdiyi 31 matçda 31 qol, 8 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right