"Problem bizdə deyil, "Liverpul"dadır" Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının Premyer Liqadakı çıxışı haqda danışıb.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis "Marca"ya açıqlamasında deyib ki, əsas problemləri Premyer Liqada "Liverpul" kimi rəqiblərinin olmasıdır: 

"La Liqanın lideri olan "Barselona"dan cəmi 1 xal arxadayıq. Problem ondadır ki, bizim çempionatda 17 oyundan 16-da qalib gələn və bir heç-heçə edən komanda var - "Liverpul". Onları təbrik edirəm. Matçlarda uduzub, xal itiririk, amma heç vaxt oyun üslubumuza xəyanət etmirik".

Qeyd edək ki, "şəhərlilər" hazırda Premyer Liqanın turnir cədvəlində 38 xalla 3-cü pillədədir. Lider "Liverpul"un isə 49 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right