Rüfət Dadaşov sağaldı, 85 dəqiqə oynadı

Almaniya 3-cü Bundesliqasında 16-cı turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə "Zvikkau" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Zədəsini sağaldan R. Dadaşov bu görüşdə iştirak edib. Oyuna start heyətdə çıxan 28 yaşlı hücumçu 85-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, R.Dadaşov millinin düşərgəsində zədələnməsi səbəbindən Avro-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə son oyunlar üçün heyətdən kənarlaşdırılmışdı.

Əlavə edək ki, "Proyssen" hazırda 13 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right