Emil Balayev "Tobol"da qalır

Azərbaycan millisinin qapıçısı Emil Balayev "Tobol"da oynayacaq.

Bu barədə futbolçu özü "sports.kz"a açıqlamasında bildirib. Emil qeyd edib ki, onun "Tobol"la hələ 1 illik müqaviləsi qüvvədədi: "Ona görə "Tobol"da qalıram".

Emil Balayev 2019-cu ilin yanvarında "Səbail"dən "Tobol"a keçib. 25 yaşlı qapıçı ötən həftə başa çatan Qazaxıstan çempionatında mövsümün rəmzi komandasında əsas qapıçı kimi yer alıb. "Tobol" isə çempionatı 4-cü sırada başa vurub.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right