"Xəyallarımızı gerçəkləşdirə bilərik" slovakiyalı hücumçu

"Xorvatiya ilə oyun çox çətin olacaq. Ancaq hər şeyə meydanda aydınlıq gələcək". Newsport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının hücumçusu Robert Bojenik deyib.

Gənc forvard yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində keçirəcəkləri son oyunlara münasibət bildirib. 20 yaşlı oyunçu həm Xorvatiya, həm də Azərbaycanla görüşdə qələbəni hədəflədiklərini söyləyib: "Son oyunlara yaxşı hazırlaşmışıq. Bizdən gözləntilərin olduğunu bilirik. İlk növbədə Xorvatiya ilə matçdan qələbə ilə ayrılmalıyıq. Ümumilikdə iki həlledici oyun bizi gözləyir. Xəyallarımızı gerçəkləşdirə bilərik".

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right