Yurgen Klopp: "Qələbələrə davam etməliyik"

İngiltərə Premyer Liqasının VI turunda səfərdə "Çelsi"ni 2:1 hesabı ilə məğlub edən "Liverpul"un baş məşqçisi Yurgen Klopp oyundan sonra fikirlərini bölüşüb.

 

Newsport.az xəbər verir ki, almaniyalı mütəxəssis qələbəni haqq etdiklərini söyləyib:

 

"İlk hissədə yaxşı oyun keçirdik. Üç xalı haqq etdiyimizi düşünürəm. "Stemford Bric"də qalib gəlmək asan olmur. Ardıcıl altıncı qələbəmizi qazandıq, amma hələ heç nə əldə edilməyib. Hər rəqibə qarşı hazır olmalıyıq. Hamısı bizi gözləyir və büdrətməyə çalışırlar. Qalib gəlməyə davam etməliyik".

 

Klopp "Mançester Siti"nin "Uotford"a 8:0 hesabı ilə qalib gəldiyi oyun barədə bunları söyləyib:

 

"Uotford" üçün ağır gün idi. "Mançester Siti"nin etdikləri göründüyü qədər asan deyil. Biz də inanılmaz oyun nümayiş etdirdik. Ancaq belə qələbələr qazanmırıq. Bunun üçün çox çalışmaq lazımdır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right