Xorvatiya millisinin heyətində dəyişiklik

Avro-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycanla qarşılaşacaq Xorvatiya millisinin heyətində dəyişiklik olub.

Newsport.az saytının məlumatına görə, yığmanın futbolçusu Tin Yedvay məşq zamanı zədələnib. Tibbi müayinədən keçən "Bayer"in müdafiəçisinin hər iki qarşılaşmanı buraxacağı dəqiqləşib. Bu səbəbdən o, millidən kənarlaşdırılıb. T.Yedvayın əvəzinə milliyə "Hayduk"un futbolçusu Yosip Yuranoviç çağırılıb.

Qeyd edək ki,  Xorvatiya yığması bu gün Slovakiyanın, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right