Azərbaycan – Xorvatiya oyunu üçün tanış hakim

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya matçının bütün təyinatları açıqlanıb. 

Newsport.az xəbər verir ki, oyunu Sandro Şörerin rəhbərlik etdiyi isveçrəli hakimlər briqadası idarə edəcək. 

Şörer daha əvvəl Avropa Liqasında “Qarabağ”ın Şimali İrlandiya “Linfild”inə səfərdə 2:3 hesabı ilə uduzduğu pley-off mərhələsinin ilk oyununu da idarə edib.

AÇ-2020-nin seçmə mərhələsi
E qrupu
9 sentyabr

20:00. Azərbaycan – Xorvatiya
Hakimlər: Sandro Şörer, Stefan De Almeyda, Sladan Yosipoviç, Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Aleksandru Dyakonu (Rumıniya)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Bakı. 8-ci km stadionu

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right