"Beşiktaş" Konoplyankanı transfer edir

"Beşiktaş"ın Almaniyanın "Şalke" klubunun vingeri Yevgen Konoplyankanı transfer etmək üzrədir.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi ukraynalı futbolçunun keçidi üçün 3 milyon avro təzminat ödəyəcək. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq. Konnoplyanka illik 2,5 milyon avro maaş alacaq.

Peşəkar karyerasına "Dnepr"də başlayan futbolçu 2015-ci ildə "Sevilya"ya transfer olmuşdu. "Şalke" Konoplyankanı 2016-cı ildə əndəlüsiyalılardan icarəyə götürmüşdü və sonradan 12 milyon avro ödəyib, transfer hüququna yiyələnmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right